Xəbər lenti
Bakıda qanunsuz toyuq sexi aşkarlandı - ŞƏKİLLƏR
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daha bir qanunsuz toyuq sexi aşkarlayıb.
Agentlikdən verilən məlumata görə, daxil olmuş məlumat əsasında AQTA və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib.
Baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.
Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.
Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.
Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar