Xəbər lenti
Millət vəkili tələbələrlə görüşdü
Millət vəkili Qənirə Paşayeva Bakı Dövlət Universitetində “Kəpənək effekti” layihəsinin qonağı olub.
Manevr.az xəbər verir ki, millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva universitet rəhbərliyinə, tədbiri təşkil edənlərə təşəkkürünü bildirib, ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələrdən danışıb.
Millət vəkili gəncləri daha çox oxumağa, mütaliəyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb:
“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və gənclərimiz oxumağa, peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar”.
Q.Paşayeva gəncləri xüsusilə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir.
Millət vəkili torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində daha çox işlər görülməli olduğunu deyib və bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr barədə danışıb.
Q.Paşayeva həmçinin qeyd edib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir.
Tədbirin sonunda gənclər üçün kitab hədiyyə edən millət vəkili tələbələri maraqlandıran sualları da cavablandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar