Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif

Tarix: 23-04-2019 15:18     Baxış: 5249 A- / A+
Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif


Millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında çıxışı zamanı Prezident İlham Əliyevə özünün və ziyalılar adından böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib.

Manevr.az xəbər verir ki, Q.Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir: "Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı".

Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələ olduğunu deyən deputat bununla bağlı təklif irəli sürüb: "Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı"."trend"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar