Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hər il 9 milyona yaxın insan BU SƏBƏBDƏN ÖLÜR

Tarix: 30-03-2019 21:21     Baxış: 2217 A- / A+
Hər il 9 milyona yaxın insan BU SƏBƏBDƏN ÖLÜR


Avropalı alimlərin apardığı araşdırmalara görə, çirkli hava hər il 8,8 milyon insanın erkən ölümünə səbəb olur.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə "European Heart Journal" adlı elmi nəşrdə verilən məlumatda bildirilir.

Araşdırma müəlliflərindən biri olan professor Tomas Münzel bildirib ki, bu, çirkli havadan qaynaqlanan ölüm hallarının siqaret istifadəsi nəticəsində baş verən ölümlərdən çox olduğunu göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı təkcə 2015-ci ildə 7,2 milyon insanının tütünün zərərli təsirlərindən vəfat etdiyini açıqlayıb.

Araşdırmaya görə, təkcə Avropada hər il çirkli havanın təsirindən 800 min nəfər həyatını itirir.

Bu hal orta yaş həddinin iki il azalmasına səbəb olur.

Çirkli hava ilk növbədə ciyərlərə təsir edir, ürək xəstəliklərinə səbəb olur, bu isə ölüm riskini artırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar