Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məscidlərə qadın mollalar da təyin ediləcək

Tarix: 14-09-2018 17:10     Baxış: 3290 A- / A+
Məscidlərə qadın mollalar da təyin ediləcək



Məscidlərə qadın mollalar da təyin ediləcək.

Manevr.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar: "Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir".

R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir: "Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib".

İdarə nümayəndəsi onu da bildirib ki, erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz: "Çox zaman erkən nikahı məhz mollalara bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz".

Onun sözlərinə görə, hələ 2001-ci ildə idarə fətva vermişdi ki, heç bir din xadimi rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Dini kəbin kəsilərkən rəsmi nikahın qeydiyyat nömrəsi qeyd edilməlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar