Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sənin anan, bacın da əxlaqsızdır- Azərbaycanda

Tarix: 16-01-2018 16:15     Baxış: 2388 A- / A+
Sənin anan, bacın da əxlaqsızdır- Azərbaycanda

Bakıda sevdiyi qadını öldürməkdə və iki nəfəri də yaralamaqda təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Sənan Məmmədov 19 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, S.Məmmədov özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Mahirə Əliyevanı öldürüb, amma digər iki şəxsi öldürmək niyyəti olmayıb: "Mahirə sevgilim yox, həyat yoldaşım olub. Biz onunla evlənəcəkdik. Sənədlərimizdə problem vardı. Onu həll edib, rəsmi nikaha daxil olacaqdıq. Hadisədən 10 ay əvvəl Mahirəni tanıdım. Dostum demişdi ki, qonşularında yetim bir qız var. Mahirə ilə görüşüb, tanış olduq. Axşam mənim qaldığım evə gətirdim. Ev sahibinə dedim ki, birlikdə yaşayacağıq. Son bir neçə gündə aramızda soyuqluq yaranmışdı. Səbəb isə qonşumuz Mətanət idi. Mahirə deyirdi ki, Mətanət Türkiyəyə gedib-gəlir. Pis işlərlə məşğul olur. Mən də onunla danışmamasını, görüşməməsini tapşırdım. Hətta bir dəfə də onunla görüşdüyü üçün Mahirəyə iki sillə vurdum. Mahirəni Mətanət yoldan çıxarıb".

S.Məmmədov hadisəni namus üstündə törətdiyini bildirib: "Mətanətin oğlu Laçın mənə deyirdi ki, Mahirə əxlaqsızdır. Ona dedim ki, sənin ananla oturub-durur. Yəqin, sənin anan, bacın da əxlaqsızdır. Onlar Mahirəni qaçırmışdılar. Yalandan deyirdilər ki, guya onu rayona toya aparıblar. Amma belə hadisə olmayıb. Dedim, əgər olubsa, toy görüntülərini versinlər. Yalan idi, Mahirəni hansı məqsədlə saxladıqlarını, hara apardıqlarını bilirdim. Həmin gün də Mahirəni onların evində görəndə vurdum. İttihamda yazılıb ki, guya mən Mahirədən 415 manat istəmişəm. Amma elə olmayıb. Düzdür, mən evə 415 manat qoymuşdum ki, anamın başdaşını alaram. Mahirə mənə dedi ki, pulu evdən Laçın götürüb və özünə narkotik alıb. Mahirə onlara gedəndə açarı stolun üstünə qoyub. Laçın da oradan götürüb. Mən buna görə Laçınla mübahisə elədim, onun qardaşı məni hədələdi. Mən polisə məlumat verdim ki, onlar Mahirəni qaçırıblar. Polisə gedəndə yalandan dedilər ki, guya mən narkomanam".

Təqsirləndirilən şəxs bildirib ki, Mahirə hamilə imiş: "Əkiz uşağımız olacaqdı. Mətanət Mahirəyə dərman verib ki, guya baş ağrısı üçündür. Bununla da uşaqlarımız tələf oldu. Mahirəni namus üstündə öldürmüşəm. Peşman deyiləm. Hamısını edən Mətanət Həsənova və ailəsi oldu, onlar Mahirəni yoldan çıxardılar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar