Xəbər lenti
300 manat CƏRİMƏSİ VAR - Aprelin 30-na kimi ...
Yanvarın 1-dən etibarən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Aprel ayının 30-na kimi avtomobilini texniki baxışdan keçirməyən sürücüləri isə cərimə gözləyir.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov metbuat.az-a açıqlamasında hazırda MDB istehsalı olan yüngül minik maşınlarının texniki baxışdan keçməsində tam şəraitin yaradıldığını bildirib:
“Bakı-Zabrat-Maştağa yolunun birinci kilometrində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində avtomobil sürücülərin iştirakı ilə texniki baxışdan keçirilməsinə şərait yaradılıb. Həmin mərkəzdə müasir standartların tələblərinə uyğun cihazlar vasitəsilə avtomobilin texniki cəhətdən saz və ya nasaz olması üzə çıxarılır. Avtomobilin işıq, əyləc sistemi, ətraf mühitə buraxılan dəm qazının tərkibi, təkər və şüşələr yoxlanılır. Avtomobili saz olan sürücüyə yerindəcə xüsusi birka verilir. Bu birka avtomobilin qabaq alın şüşəsinə, görünən yerə vurulmalıdır.
Cəriməsi var
Sözsüz ki, təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən fiziki, vəzifəli və hüquqi şəxslər üçün məsuliyyət nəzərdə tutulub. Vaxtında texniki baxışdan keçməyi təmin etməyən fiziki şəxlər 50 AZN, vəzifəli şəxslər 100 AZN, hüquqi şəxsləri isə 300 AZN məbləində cərimə ödəməlidir. Bu, qanunda göztərilən tələbdir. Yəni, inzibati xəta tərkibi yaradan maddədir”.
Qeyd edək ki, 2018-ci il ərazində texniki baxışdan keçəcək avtomobillər MDB dövlətlərində 2013, 2011 və 2009-cu illərdə istehsal olunan yüngül minik maşınlarıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar