Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

400 il əvvəlki soyuqlar geri qayıdır - “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR

Tarix: 15-01-2018 19:55     Baxış: 4248 A- / A+
 400 il əvvəlki soyuqlar geri qayıdır


Günəşin maqnit dalğalarında azalma ilə 2021 və 2050-ci illər arasında havanın temperaturu əhəmiyyətli dərəcədə enəcək. Bu da 1600-1700-cü illərdəki kiçik buzlaşma dövrünə oxşar bir prosesə səbəb olacaq.

Bununla bağlı Nortumbriya Universitetinin professoru Valentina Zharkova və onun rəhbərlik etdiyi qrup qlobal iqlim dəyişliklərini riyazı olaraq təhlil etdikləri araşdırma nəticəsində bu qənaətə gəliblər.

Türkiyənin meteorologiya mühəndisi Əhməd Kösə ingiltərəli alimlərin araşdırmasını şərh edib.

Onun sözlərinə görə, istixana effekti yaradan qazlar qlobal istiləşməyə səbəb olub.

“1960-cı ildən sonra havanın illik orta temperaturu 2 dərəcəyə qədər yüksəlib. Bu da buzlaqların əriməsinə səbəb olur. Dünyada meteoroloji dəyişikliklər hər il 410 milyon insana təsir edir. 7600 civarında insan ölür. Ümumiyyətlə, təbii fəlakətin 6 faizi ölümə, 16 faizi yaralanmalara səbəb olacaq. Dünyada şiddətli yağışlar səbəbindən sel və daşqınlar yaşanmağa və bir çox hallarda bu proses insanların həyatını itirməsinə səbəb olub”.

Ə.Köse alimlərin “mini buzlaşma dövrü” ifadəsinə aydınlıq gətirərək 1645-1715-ci illər arasında Avropanın böyük bir hissəsində belə bir dövrün yaşandığını bildirib.

“Günəşdəki partlayışlar səbəbindən dünyada temperatur yüksəlir. 1500-cü illərdə insanlar Günəşdəki partlayışları izləməyə başlayıb. Həmin illərdən başlayaraq aparılan qeydlərin açıqlandığı məqalədə bildirilir ki, 2020-2030-cu illərdə 1645-1715-ci illərdə kiçik buzlaşma dövründə olduğu kimi, Günəş ləkələrində azalma olacaq. Bu hesablamanın dəqiqliyi 93 faizdir. Bu da həmin illərdə yenidən dünyada buzlaşma dövrünün qeydə alınacağından xəbər verir. Əslində bu, alimləri sevindirməlidir. Bu proses qlobal istiləşməni müəyyən qədər azalda bilər. Çünki insanlar bu prosesin qarşısını almaqda acizdir. Təbiət özü-özünü tarazlaşdırır”.

O, “mini buzlaşma” zamanı bəzi heyvanların və bitkilərin nəslinin kəsilə biləcəyini də istisna etməyib:

“İndi qlobal istiləşmə səbəbindən temperatur 2 dərəcə yüksəlibsə, mini buzlaşma dövründə temperaturun mənfi 1-2 dərəcəyə düşəcəyi bildirilir”.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar