Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda təhlükəli uşaq qidaları satılır? - VİDEO

Tarix: 15-01-2018 19:48     Baxış: 3437 A- / A+
Azərbaycanda təhlükəli uşaq qidaları satılır?


Fransada “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarında salmonella bakteriyası aşkar edilib. Şirkətin baş katibi Emmanuel Besnier “Le Journal du Dimanche”ə danışarkən qeyd edib ki, məhsullar dünyanın 83 ölkəsində satılır.

Qeyd edək ki, bu məhsulların Azərbaycanda da satıldığı ehtimal edilir.

Məsələ ilə bağlı Eyyub Hüseynov bildirib ki, həmin uşaq qidası ölkəmizdə də satıla bilər:

“İstisna olunmur ki, həmin məhsul Azərbaycanda satıla bilər. Vətəndaşlar həmin məhsulu almaqdan çəkinməlidir. Ümumiyyətlə, qida distribüterləri pediatrla əlbirdir, hətta doğum evlərində yeni doğulan uşağın ailəsi ilə əlaqə saxlayıb, süni qidalar təbliğ edirlər. Körpə qidaları həkim təyinatı əsasında alınır, həmin həkimlər bu şirkətlə əməkdaşlıq edirsə, onu məsləhət görür.

Həmin məhsullardan almamağa çalışmalıyıq. İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət olunmalıdır.

“Lactalis” məhsullarını ölkəmizdə distribüteri olan “Lactalis Caspi”dən Oxu.Az-a bildiriblər ki, ölkəmizdə bu şirkətin istehsal etdiyi uşaq qidaları satılmır:

“Biz süd məhsullarının satışını həyata keçiririk. Məsələ ilə bağlı Nazirlər Kabinetindən bizə müraciət edilib. Qeyd etmək istəyirik ki, şirkətin istehsal etdiyi uşaq qidaları 2013-cü ildən bəri ölkəmizə bizim tərəfimizdən gətirilməyib. Ümumiyyətlə, “Lactalis” tanıdığı distribüterlərə məhsullarını satır, lakin kimsə xaricdən alıb ölkəyə gətirirsə, biz ona cavabdeh ola bilmərik”.

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Oxu.Az-a bildirib ki, əgər “Lactalis” tərəfindən istehsal edilən uşaq qidaları ölkəmizdə satılırsa, bunun qarşısı təcili alınmalıdır.

İstənilən qidanın hazırlanması texnologiyası düzgün aparılmayıbsa, bakteriyaya yoluxma baş verə bilər:

“Azərbaycanda “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarının satışı ilə bağlı məlumatımız yoxdur”.

Baş pediatr uşaq qidaları ilə bağlı valideynlərə də müraciət edib:

“Uşaqlar ana südü ilə qidalanmalıdır. Əgər ana öz uşağını süni qida ilə qidalandırırsa, o, uşağı təhlükəyə atır”.mynews.az

Daha ətraflı videdomaterialı

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar