Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Köhnə pulları doğramaq əvəzinə oğurladılar: Rusiya Mərkəzi Bankında QALMAQAL

Tarix: 04-08-2024 21:10     Baxış: 4110 A- / A+
Köhnə pulları doğramaq əvəzinə oğurladılar: Rusiya Mərkəzi Bankında QALMAQALRusiyada tragikomik cinayət hadisəsinin üstü açılıb. Belə ki, Mərkəzi Bankın iki əməkdaşı utilizasiya məqsədilə şrederə (xırdalayan, doğrayan, qırıntılara çevirən maşın) göndərilməli olan 9.7 milyon rubl (təxminən 192 min manat) məbləğində köhnə beş min rublluq əsginasları oğurlayıblar.

Oğurluq daxili yoxlama zamanı aşkar edilib. Hüquq-mühafizə orqanları operativ şəkildə araşdırma aparıb və şübhəliləri saxlayıblar. Lakin xoşagəlməz sürprizlər bununla bitməyib.

Saxlanılan kişilərin evlərində aparılan axtarışlar zamanı daha 100 milyon rubldan (təxminən 1.2 milyon manat) çox məbləğdə köhnə əsginaslar aşkar edilib ki, bu da oğurluğun miqyasının daha böyük ola biləcəyindən xəbər verir.

Qeyd edilir ki, Mərkəzi Bank hər il köhnə və zədələnmiş pul nişanlarını dövriyyədən çıxarır və onları yeniləri ilə əvəz edir. Köhnə əsginaslar təkrar dövriyyəyə düşməməsi üçün məhv edilməlidir.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Şübhəli mühəndislər 10 ilədək azadlıqdan məhrum edilə bilərlər. Mərkəzi Bank və hüquq-mühafizə orqanları baş verənlərin bütün təfərrüatını araşdırmaq və gələcəkdə buna bənzər hadisələrin qarşısını almaq üçün ətraflı istintaq aparırlar. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar