DAVAM EDİR "37": müəllim "danos"la şərlənərək 20 il müddətinə zindana atıldı...
Rusiyanın Lipetsk vilayətindən olan bir rəsm müəllimi "vətənə xəyanət" ittihamı ilə şərlənərək 20 il müddətinə azadlıqdan məhrum edilib. 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rəsm müəllimi Daniil Klyukanı "dövlətə xəyanət" və "terror fəaliyyətinə köməklik" ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib.
Rusiyanın xaricdə fəaliyyət göstərən müxalifv "Dojd" kanalı bu barədə "Pervıy otdel" telegram-kanalının məhkuma dəstək qrupunun məlumatına istinadla informasiya yayıb.
Müstəntiqlərin fikrincə, Klyuka Ukraynanın "Azov" alayına 20 min rubl köçürüb. Müəllimin özünün dediyinə görə, onun telefonunda Luqanskdan olan qardaşına köçürmələr tapılıb. Klyuka bildirib ki, təhlükəsizlik qüvvələri bu köçürmələrin "Azov" üçün edildiyini "inadla etiraf etməyi xahiş ediblər".
Klukanın dediyinə görə, o, müharibəyə haqq qazandıran materiallar dərc etdirən yerli qəzeti qaraladığını görən məktəb həmkarlarının "danos"undan(çuğul kimi xəbər çatdırma) sonra həbs edilib.
"Bir gün məni söhbət etmək üçün çağırdılar və işdən çıxardılar. Məni nasizmdə ittiham etdilər və dedilər ki, "başımda zir-zibl var". <...> Düşündüm ki, işdən çıxarılmaqla hər şey bitəcək, amma məktəb rəhbərliyindən "FSB"-yə zəng vurub qəzetləri verdilər və dedilər ki, guya mən partlayıcılarla maraqlanıram. Bir həftə yarım məni izlədilər, sonra direktor zəng etdi - gəl, sənədləri nizamlamalıyıq. Əvvəlki iş yerimə yollandım və binaya tərəf cəmi yüz metr yaxınlaşmışdım ki, "maskalar -şousu" başladı" , - deyə günahsız müəllim bildirib. moderator.az
Manevr.az