Sizin Reklam Burada
Xəbər lenti
07-07-2024
06-07-2024
BÜTÜN XƏBƏRLƏR

"Xeyir Xəbər" - Sumqayıtda premyera

Tarix: 24-06-2024 23:10     Baxış: 368 A- / A+
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadə Milli  mücadilə yolumuzu, mübariz ruhumuzu, tərənnüm edən yeni əsərin səhnə versiyasını hazırlayıb.


Şəhidlərimiz, qazilərimiz və müharibə veteranlarımızın qəhrəmanlığına ithaf olunan "Xeyir Xəbər" əsərində xeyirin şər üzərindəki qələbəsi və tarixi ədalətin təntənə məqamı əksini tapır.
Əməkdar İncəsənət xadimi Əli Əmirlinin qələmə aldığı  bu əsərdə bir ailənin taleyi kontekstində milli-mənəvi dəyərlər, təmkin, iradə, Vətən sevgisi, təbliğ olunur.


Bu prosesdə obrazların qarışıq duyğuları, psixoloji məqamları, fərdi istirabları üstələyən Vətən sevgisi quruluşçu rejissor tərəfindən həssaslıqla işlənilib.  Rejissor ideyasını mükəmməl aktyor oyunu, bədii tərtibat və situasiyanı düzgün assosasiya edən musiqi tamamlayır.


Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafika və montaj işi Sahil Nəzərova məxsusdur.


Səhnə əsərində Əməkdar artist Elmira Kərimova aktyorlar Habil  Xanlarov, Məryəm Hüseynli, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Akif Mirzəyev  və Siyavuş Mahmudov  çıxış edirlər.


Qeyd edək ki tamaşanın premyerası Milli Ordu Günü ərəfəsində - 25 iyun saat 18⁰⁰-da gerçəkləşəcək.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar