Azərbaycanda iş adamı HƏBS EDİLDİ
Bakıda quru meyvə ticarəti ilə məşğul olan iş adamı Elman Ağasıyev həbs edilib.
Qəbələ rayon sakini olan E.Ağasıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Dörd nəfər ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Onlar E.Ağasıyev tərəfindən aldadılaraq müvafiq olaraq 10 000, 85 850, 132 000 və 18 000 manat vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər.
Quru meyvə alqı-satqısı ilə bağlı tərəflər arasında narazılıq yaranıb və külli miqdarda borcun olması müəyyən edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 20.06.2024-cü il tarixli hökmü ilə iş adamı 6 il müddətinə həbs cəzasına məhkum edilib. publika.az
Manevr.az




| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||































