"Dağ kimi vüqarlı atam. Kəndinə, elinə, obasına sadiq insan. Müharibə başlayandan ta ki, yağı düşmən torpaqlarımızı işğal edən günə kimi atam savaşdı. Gecələri yuxu yatmadı, yatağı səngər idi".
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı atası ilə bağlı paylaşımında yazıb. O bildirib ki, atası uzun illər sonra işğaldan azad edilən Narıncılar kəndinə gedib:
"Ən sonuncu işğal edilən kənd Narıncılar oldu, oranı son tərk edənlərdən biri də dağ vüqarlı, vətənpərvər atam oldu. İllər sonra o kəndə döndü, amma torpaq, oğul həsrəti dağ vüqarlı kişini əymişdi. Xəstəlik o torpaqlara getməyə mane ola bilmədi. Dağ vüqarlı atam, ağrılarını içinə çəkərək Narınclara getdi. İllər öncə qoyduğu kənd yox idi. Geriyə xarabalığı xatırladan bir kənd qalmışdı. Dedi, oğlunun məzarını ziyarət edəcək. O da yoxdu. Qəbirlər dağıdılmış halda... Otları yararaq oğlunun məzarını axtaran atama bacılarım kömək edib, oğlunun məzarını tapır. Və "kəndimə qovuşdum, daha arzum qalmadı" deyib, gördüyünüz bu fotonu çəkdirir. Gözəl kəndimiz və o gözəl yerlərdə atamın unutmayacağı xatirələri..."
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































