Sizin Reklam Burada
Xəbər lenti
28-08-2025
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Torpaq, oğul həsrəti atamı əydi"

Tarix: 24-06-2024 10:05     Baxış: 4213 A- / A+

"Dağ kimi vüqarlı atam. Kəndinə, elinə, obasına sadiq insan. Müharibə başlayandan ta ki, yağı düşmən torpaqlarımızı işğal edən günə kimi atam savaşdı. Gecələri yuxu yatmadı, yatağı səngər idi".
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı atası ilə bağlı paylaşımında yazıb. O bildirib ki, atası uzun illər sonra işğaldan azad edilən Narıncılar kəndinə gedib:
"Ən sonuncu işğal edilən kənd Narıncılar oldu, oranı son tərk edənlərdən biri də dağ vüqarlı, vətənpərvər atam oldu. İllər sonra o kəndə döndü, amma torpaq, oğul həsrəti dağ vüqarlı kişini əymişdi. Xəstəlik o torpaqlara getməyə mane ola bilmədi. Dağ vüqarlı atam, ağrılarını içinə çəkərək Narınclara getdi. İllər öncə qoyduğu kənd yox idi. Geriyə xarabalığı xatırladan bir kənd qalmışdı. Dedi, oğlunun məzarını ziyarət edəcək. O da yoxdu. Qəbirlər dağıdılmış halda... Otları yararaq oğlunun məzarını axtaran atama bacılarım kömək edib, oğlunun məzarını tapır. Və "kəndimə qovuşdum, daha arzum qalmadı" deyib, gördüyünüz bu fotonu çəkdirir. Gözəl kəndimiz və o gözəl yerlərdə atamın unutmayacağı xatirələri..."



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar