Şəxsi məlumatlarınız təhlükədə ola bilər - Diqqət
Dövrümüzdə mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Belə halda tez-tez telefonumuzun şarjının bitməsi problemi ilə qarşı-qarşıya qalırıq.
Bu vəziyyət, xüsusilə evdən və iş yerimizdən kənarda olduğumuz zaman ictimai yerlərdə olan şarj sahələrinə müraciət etməyimizə səbəb olur.
Kafelərdə, hava limanlarında, ticarət mərkəzlərində və digər ictimai yerlərdə yerləşən bu enerji doldurma məntəqələri istifadəçilərə böyük rahatlıq yaratsa da, müxtəlif risklər də gətirir.
İctimai yerlərdə olan şarj cihazlarından istifadə etmək bəzən şəxsi məlumatlarınızın ələ keçirilməsinə gətirib çıxara bilir. Bundan başqa telefonunuzu şarj etmək üçün USB portuna qoşduğunuz zaman, cihazınızda zərərli proqramlar da quraşdırıla bilər.
Bu, parollarınızdan bank məlumatlarınıza qədər bir çox həssas məlumatın oğurlanmasına səbəb ola bilər.
Təəssüflər olsun ki, bu gün hansı portlardan istifadənin təhlükəsiz olduğunu bilmək üçün heç bir yol yoxdur.
Buna görə də, mümkün olduqca öz şarj cihazınızı özünüzlə aparmaq daha faydalıdır. lent.az
Manevr.az