Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Torpaq, oğul həsrəti atamı əydi"

Tarix: 23-06-2024 22:51     Baxış: 3278 A- / A+

"Torpaq, oğul həsrəti atamı əydi""Dağ kimi vüqarlı atam. Kəndinə, elinə, obasına sadiq insan. Müharibə başlayandan ta ki, yağı düşmən torpaqlarımızı işğal edən günə kimi atam savaşdı. Gecələri yuxu yatmadı, yatağı səngər idi".

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı atası ilə bağlı paylaşımında yazıb. O bildirib ki, atası uzun illər sonra işğaldan azad edilən Narıncılar kəndinə gedib:

"Ən sonuncu işğal edilən kənd Narıncılar oldu, oranı son tərk edənlərdən biri də dağ vüqarlı, vətənpərvər atam oldu. İllər sonra o kəndə döndü, amma torpaq, oğul həsrəti dağ vüqarlı kişini əymişdi. Xəstəlik o torpaqlara getməyə mane ola bilmədi. Dağ vüqarlı atam, ağrılarını içinə çəkərək Narınclara getdi. İllər öncə qoyduğu kənd yox idi. Geriyə xarabalığı xatırladan bir kənd qalmışdı. Dedi, oğlunun məzarını ziyarət edəcək. O da yoxdu. Qəbirlər dağıdılmış halda... Otları yararaq oğlunun məzarını axtaran atama bacılarım kömək edib, oğlunun məzarını tapır. Və "kəndimə qovuşdum, daha arzum qalmadı" deyib, gördüyünüz bu fotonu çəkdirir. Gözəl kəndimiz və o gözəl yerlərdə atamın unutmayacağı xatirələri...".

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar