Sizin Reklam Burada
Xəbər lenti
07-07-2024
06-07-2024
BÜTÜN XƏBƏRLƏR

Qohum evliliyi ilə bağlı qadağa bu tarixdə qüvvəyə minəcək

Tarix: 22-06-2024 10:59     Baxış: 570 A- / A+
Evliliğim Nasıl Daha İyi olur?
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hazırda qan qohumu (əmi, xala, biri, dayısı qızı ilə nişanlı olanlar - red) ilə nişanlı olan, lakin müxtəlif səbəblərdən rəsmi nikaha daxil ola bilməyən şəxslərin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin təsdiqlənməsindən sonra rəsmi nikaha daxil ola bilib-bilməyəcəyinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, komitə sədri Report-a açıqlamasında Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin 1 il sonra qüvvəyə minəcəyini bildirib.
Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir :
"Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz".
Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir :
"Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar