15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar Azərbaycanda elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “Qırmızı xətt”in “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək. “Yaşıl” və “Qırmızı xət”lərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Qeyri-iş günlərində bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkilini, eləcə də milli adət-ənənəmizə uyğun bayramlaşma, gəzinti və asudə vaxtdan səmərəli istifadə ediləcəyini nəzərə alaraq, metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsinin mümkünlüyü nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Bununla yanaşı, stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.
Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.
Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar