Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Ucqar kəndin musiqi məktəbində 1 milyonluq yeyinti

Tarix: 12-06-2024 14:29     Baxış: 354 A- / A+


Ucqar kəndin musiqi məktəbində 1 milyonluq YEYİNTİ
Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar