Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Generalın cəza çəkdiyi yer dəyişməyəcək - QƏRAR

Tarix: 12-06-2024 11:07     Baxış: 399 A- / A+

10 il 6 ay azadlıqdan məhrum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil.

Manevr.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi generalın şikayəti ilə bağlı qərarında belə yazır.

Məhkəmə hesab edir ki, məhkum Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.

Bundan əvvəl Xəzər Rayon Məhkməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı.

Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş E.Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib."Qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar