Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Nəşi tapılan əsgərlə bağlı fakt - 3 gün əvvəl ailəsilə danışıb

Tarix: 12-06-2024 10:27     Baxış: 486 A- / A+
Nəşi tapılan əsgərlə bağlı təsirli fakt - 3 gün əvvəl ailəsinə deyib ki...
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş, bu gün nəşi tapılan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 
Əsgər C. Hüseynov ali təhsilli imiş. O, 20 gündən sonra hərbi xidmətini başa vurub ordudan tərxis olunacaqmış. Yaxınlarının məlumatına görə, əsgər 3 gün əvvəl ailə üzvləri ilə danışıb və tezliklə görüşəcəklərini bildirib. Artıq hərbi xidmətinin başa çatmasına sayılı günlər qaldığını deyən əsgər bildirib ki, hər şey yaxşıdır. Ailə üzvlər ilkə danışandan bir gün sonra isə hərbi hissədən atasına zəng vuraraq C. Hüseynovun dumanlı havada itkin düşdüyünü bildiriblər. Dünən axşam saatlarında isə ailə üzvlərinə məlumat verilib ki, guya əsgərin yeri müəyyən edilib, sağdır. Bu gün səhər saatlarında isə ailə üzvlərinə əsgərin ölüm xəbəri çatdırılıb.

Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Məlumata görə, bakalavr pilləsini başa vurduqdan sonra Ceyhun Hüseynov magistratura təhsilini xaricdə davam etdirib.
 
Məlumatda bildirilir ki, C. Hüseynov əslən Şərur rayonundandır. C. Hüseynovun əmisi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, Şərur rayonunda dəfn edilib. Qeyd olunub ki, C. Hüseynov və onun ailə üzvləri Bakıda yaşasa da, əsgər Şərur rayonunda, əmisinin yanında dəfn olunacaq.
 
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da naməlum şəraitdə itkin düşüb.Metbuat.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar