Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ucuz taksi dövrü başa çatır - Qiymətlər bu tarixdən daha da ARTACAQ

Tarix: 11-06-2024 22:00     Baxış: 3168 A- / A+

Artıq bir neçə gündür ki, Bakıda və onun ətraf yaşayış məntəqələrində əvvəlki kimi ucuz taksi tapmaq mümkün olmur.

Buna səbəb taksi xidməti göstərən ucuz avtomobillərin sayının azalmasıdır. Bir ay öncəyə qədər taksi xidmətində çoxlu sayda 2006-2009-cu illərdə istehsal olunan, istehsal tarixindən 15 il və daha çox müddət ötən ucuz “Prius” avtomobillərindən istifadə olunurdu. Bu avtomobillərlə ən ucuz 2,5 manata, orta hesabla isə 4-5 manata səfər etmək mümkün idi. Lakin son günlərdə taksi sifarişləri qəbul edən operator şirkətlər həmin avtomobillərin bir çoxuna informasiya xidməti göstərməkdən imtina ediblər.

Buna görə də ucuz avtomobillərlə taksi xidməti göstərən şəxslər sifariş qəbul edə bilmir. Ucuz taksiləri, əsasən, sərnişin sıxlığı az olan vaxtlarda tapmaq mümkündür. Bu vaxtlarda ekonom taksiləri seçməklə getmək istədiyiniz ünvana az pul ödəməklə çatmaq olur. Amma günün sərnişin sıxlığı yüksək olan vaxtlarında ekonom taksilər tapmaq müşkülə çevrilir.

Həmin vaxtlarda operatorlar ya sifarişləri avtomobilin sürücüsünə yönəltmir, ya da sifariş qəbul edilsə də sərnişin taksinin gəlməsini dəqiqələrlə gözləməli olur. Bəzən gözləmə müddəti 10-15 dəqiqəyə qədər uzanır ki, bu vəziyyətdə də insanlar həm xeyli vaxt itirir, həm də əsəb gərginliyi keçirir.

Mövcud vəziyyətdə operatorlar sərnişinlərə alternativ variantlar təklif edirlər. Sifariş zamanı sərnişinlərə ekonom deyil, komfort avtomobilləri seçmələri tövsiyə edilir.

Bu avtomobillərlə bir gedişin qiyməti isə ekonomlarla müqayisədə ən azı 50 faiz yüksəkdir.

Yəni ekonom taksilərlə 4-5 manata gedilməsi mümkün olan yolu, komfort taksilərlə 6-7 manata getmək mümkündür. Yaranan yeni vəziyyətdən belə anlaşılır ki, artıq taksi bazarında ekonom xidmətlər tədricən ləğv edilir, yalnız komfort xidmətlər qalıb. Bu isə o deməkdir ki, əvvəlki kimi ucuz taksi xidmətləri tədricən azalır.

Bəs ucuz taksilərin olmaması nə ilə nəticələnəcək?


2024-cü ilin iyulun 1-dən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, istehsal tarixindən 15 il keçən avtomobillərlə taksi xidməti göstərmək mümkün olmayacaq.

Buna görə də taksi xidməti göstərmək istəyən fiziki və ya hüquqi şəxslər ən azı 2009-cu ilin istehsalı olan avtomobillərdən istifadə etməlidir. Gələn il ən azı 2010-cu ilin, 2026-cı ildə 2011-ci ilin avtomobilləri ilə xidmət gəstərmək tələb olunacaq.

Əgər iyulun 1-dən sonra taksi xidməti üçün avtomobil idxal ediləcəksə, o halda avtomobillərin istehsal tarixindən maksimum 8 il ötməlidir. Yəni avtomobillərin istehsal tarixi ən azı 2016-cı il olmalıdır. Bu tələblər fiziki və hüquqi şəxslərdən komfort avtomobillərlə xidmət göstərməyi tələb edir. Avtomobillər komfort olduğundan təbii ki, qiymətlər də buna uyğun olmalıdır.

Başqa sözlə, iyulun 1-dən əvvəlki kimi aşağı qiymətə taksi xidməti olmayacaq. Həmin tarixdən indiki komfort taksilər ekonom taksilərin yerini tutacaq. Qiymətlərə təsir edən əsas amillərdən biri də taksi sayı olacaq.

Müvafiq qurumlar Bakıda taksi xidməti göstərən avtomobillərin sayını 20 min ədədlə məhdudlaşdırmaq istəyir. Bir ay əvvəl Bakıda 60 min avtomobilin taksi xidməti göstərdiyini nəzərə alsaq, belə aydın olur ki, bir aydan sonra paytaxtda taksi sayı ən azı 3 dəfə azalacaq. Taksi sayının azalması isə taksi xidmətlərinin bahalaşması ilə nəticələnəcək. Beləliklə, Bakıda ucuz taksi dövrü tədricən sona yaxınlaşır. Bir aydan sonra taksidən istifadə etmək şəxslər ən azı 4-5 manat ödəməklə səfər edə biləcək. sfera.az 


Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar