Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sel sularından səmərəli istifadə olunur? - AÇIQLAMA

Tarix: 11-06-2024 16:53     Baxış: 3174 A- / A+

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir çox çaylarımızdan sel keçməsinə səbəb olub. Çaylarda müşahidə olunan gursululuq hələ də davam etməkdədir.

Belə ki, ötən gün Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzindən verilən məlumatda da Böyük və Kiçik Qafqaz, eləcə də Şərqi Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artdığı, Şəki rayonu ərazisindən axan Kiş çayından və Goranboy rayonu ərazisindən axan Goran çayından sel keçdiyi vurğulanıb.

Belə olan halda ortaya belə bir sual çıxır – görəsən sel sularından səmərəli istifadə ilə bağlı hansı işlər görülür?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.

Agentliyin baş məsləhətçisi Sarvan Ağayev  Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Kür çayı üzərində 4 ədəd, Araz çayı üzərində 2 ədəd böyük su anbarları mövcuddur.

"İlk növbədə onu bildirim ki, bizim çaylar üzərində yerləşən su anbarlarının məqsədi yaz aylarında gələn sel-daşqın sularının tənzimlənməsi və su anbarlarına su ehtiyatlarının toplanmasıdır.

Əsasən yaz aylarında gələn sel-daşqın suları su anbarlarında toplanır və sonra suvarma mövsümündə magistral kanallar vasitəsi ilə təsərrüfatlara verilir.

Əsas su arteriyalarımız olan Kür çayı üzərində 4 ədəd (Şəmkir, Mingəçevir, Yenikənd, Varvara), Araz çayı üzərində 2 ədəd (Araz və Xudafərin) böyük su anbarları mövcuddur.

Bununla yanaşı kiçik çaylar üzərində də su anbarlarımız mövcuddur ki, bunlarda sel-daşqın suları toplanaraq təmizlənir və daşqın təhlükəsini aradan qaldırır.

Əvvəlki illər quraqlıq illəri olduğu üçün su anbarlarımızda su ehtiyatının toplanmasında çətinlik yaşanırdı. Son iki ildə havaların yağmurlu keçməsi nəticəsində çaylarımızda suyun səviyyəsi artıb ki, bu da su anbarlarımıza kifayət qədər su ehtiyatı toplanmasına səbəb olub. Bu isə onu deməyə əsas verir ki, növbəti aylarda təsərrüfatların su təminatında çətinlik gözlənilmir", - deyə S.Ağayev qeyd edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar