Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Göyçay Bələdiyyə sədrinin işi - gücü ancaq sosial şəbəkələrdə şəkillər paylaşmaqdır" - ŞƏKİL/VİDEO

Tarix: 10-06-2024 10:56     Baxış: 3196 A- / A+

Manevr.az Göyçay şəhər sakini, ictimai fəal Etibar Bəşirovun redaksiyanın elektron poçtuna ünvanladığı məktubu təqdim edir:
"Göyçay Bələdiyyəsinin görünməyən hissəsini sizlərə təqdim edirik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Göyçay Bələdiyyəsinin inzibati binasının görünən hissəsi təmir olundu. Çox çəkmədi ki, sabiq bələdiyyə sədri Zöhrab Rəsulov vəzifəsindən uzaqlaşdıldı. 2023-cü ilin sentyabr ayında gənc kadr Nuru Abdulrəhmanov Göyçay Bələdiyyəsinə sədri təyin olundu. Sakinlər ümid edirdi ki, vəzifəyə yeni təyin olunan gənc kadr inzibati binanı əsaslı təmir edəcəkdir. Lakin aylar keçməsinə baxmayaraq elə "Köhnə hamam, köhnə tas" məsələsidir. Maraqlıdır, bəs bu necə ay ərzində Nuru Abdulrəhmanov hansı işlər ilə məşğul olub? 
Təqdim olunan şəkillərdə gördüyünüz kimi binanın daxili bərbad və qəzalı vəziyyətdədir. Öz təhlükəsizliyi bir yana, Göyçay şəhər sakinlərinin təhlükəsizliyi bu gənc kadrı maraqlandırmır. 
Nuru Abdulrəhmanovun fəaliyyəti görsənmir, sanki donmuş vəziyyətindədir. Onun işi-gücü ancaq sosial şəbəkələrdə pozalı şəkillər paylaşmaqdır. Buna görə də Göyçay rayon sakinlərinin bələdiyyə sədri sarıdan bəxti gətirməyib", Etibar Bəşirov müraciətində qeyd edir.
 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar