Xəbər lenti
"Göyçay Bələdiyyə sədrinin işi - gücü ancaq sosial şəbəkələrdə şəkillər paylaşmaqdır" - ŞƏKİL/VİDEO
Manevr.az Göyçay şəhər sakini, ictimai fəal Etibar Bəşirovun redaksiyanın elektron poçtuna ünvanladığı məktubu təqdim edir:
"Göyçay Bələdiyyəsinin görünməyən hissəsini sizlərə təqdim edirik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Göyçay Bələdiyyəsinin inzibati binasının görünən hissəsi təmir olundu. Çox çəkmədi ki, sabiq bələdiyyə sədri Zöhrab Rəsulov vəzifəsindən uzaqlaşdıldı. 2023-cü ilin sentyabr ayında gənc kadr Nuru Abdulrəhmanov Göyçay Bələdiyyəsinə sədri təyin olundu. Sakinlər ümid edirdi ki, vəzifəyə yeni təyin olunan gənc kadr inzibati binanı əsaslı təmir edəcəkdir. Lakin aylar keçməsinə baxmayaraq elə "Köhnə hamam, köhnə tas" məsələsidir. Maraqlıdır, bəs bu necə ay ərzində Nuru Abdulrəhmanov hansı işlər ilə məşğul olub?
Təqdim olunan şəkillərdə gördüyünüz kimi binanın daxili bərbad və qəzalı vəziyyətdədir. Öz təhlükəsizliyi bir yana, Göyçay şəhər sakinlərinin təhlükəsizliyi bu gənc kadrı maraqlandırmır.
Nuru Abdulrəhmanovun fəaliyyəti görsənmir, sanki donmuş vəziyyətindədir. Onun işi-gücü ancaq sosial şəbəkələrdə pozalı şəkillər paylaşmaqdır. Buna görə də Göyçay rayon sakinlərinin bələdiyyə sədri sarıdan bəxti gətirməyib", Etibar Bəşirov müraciətində qeyd edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar