Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsti havada adi su əvəzinə duzlu su için

Tarix: 09-06-2024 20:01     Baxış: 3139 A- / A+

Yay aylarında havanın temperaturu 30 dərəcədən yuxarı olanda orqanizm tər və nəfəs vasitəsilə çoxlu miqdarda qiymətli mikroelementlər itirir. Belə günlərdə itirilən mikroelementləri bərpa etmək üçün duzlu su içmək məsləhət görülür.

Manevr.az xəbər verir ki, “Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri belə tövsiyə ilə çıxış ediblər.

Mütəxəssislərin sözlərinə görə, isti havada və orta fiziki yük zamanı hər saat yarım litr, yəni təxminən hər 20 dəqiqədən bir fincanla su içmək lazımdır. Bu, mineral qələvi su, süd məhsulları (az yağlı süd, süd zərdabı), şirələr, vitaminli içkilər və oksigen-zülal kokteylləri ola bilər. İçkilərin tövsiyə olunan temperaturu isə +10-15 dərəcədir.

Həkimlər isti havalarda susuzluğu həmçinin soyuducudan çıxan qazlı su ilə yatırtmağı da məsləhət görürlər. Bildirilir ki, qazlı suyun köpükləri hesabına doyma hissi daha tez yaranır.

Lakin hipertoniyadan əziyyət çəkənlər duzlu mineral suyu ehtiyatla içməlidirlər, çünki duz orqanizmdə suyu saxlayır və ödemlərə səbəb ola bilər.

Susuzluğu yaxşı aradan qaldıran içkilərdən biri də turş məkkəgülü (karkade) çayıdır.

Diyetoloqlar, həmçinin suya limon, portağal, xiyar dilimləri, nanə və ya kəklikotu yarpaqları əlavə etməklə sərinləşdirici içkilər hazırlamağı məsləhət görürlər.oxu.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar