Bu rayonda mal ətinin maya dəyəri 2 manatdır

Ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb.
Manevr.az yeniavaz.com-a istinadla məlumat verir ki, satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub.
Məlumat üçün bildirək ki, mal ətinin maya dəyərinin ən yüksək olduğu rayon İsmayıllı rayonu olub. İsmayıllıda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 58 qəpik təşkil edib.
Mal ətinin maya dəyərinin ən aşağı olduğu rayon isə Şəmkir rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat 7 qəpik təşkil edib.
Onu da bildirək ki, ötən il işğaldan azad olunan rayonlar arasından yalnız Qubadlıda mal əti satışı olub və bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 3 manat 24 qəpik təşkil edib.
Manevr.az




| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||































