Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Rövşən Əsgərova cinayət işi açıla bilər

Tarix: 09-06-2024 12:57     Baxış: 3153 A- / A+


"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər.

Manevr.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilib ki, Rusiya Federasiyasında xarici agent kimi tanınan Rövşən Əsgərov xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə onun barəsində cinayət işi açıla bilər.
"Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi ilə üzləşib. Bunun üçün əsaslar var. Əgər iş başlansa, Əsgərovu iki ilə qədər həbs gözləyir”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.

İstintaq müəyyən edib ki, o, öz "Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar