Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirdi - ŞƏKİL

Tarix: 07-06-2024 18:59     Baxış: 3120 A- / A+
AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirdi (FOTO)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bolqarıstanın paytaxtı Sofiya şəhərinə ilk reysini həyata keçirib.

Manevr.az
-ın məlumatına görə, bu barədə "APA-Economics"ə AZAL-ın məbuat xidmətindən bildirilib.

Məlumata görə, aviaşirkətin ilk reysinin gəlişi münasibətilə Sofiya Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, "SOF Connect” şirkətinin baş direktoru Hesus Kabalyero, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, reyslərin yerinə yetirilməsi zəngin tarixə malik iki ölkə arasında turizmin inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.

Bakı-Sofiya-Bakı marşrutu üzrə uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

  • AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirdi (FOTO)
  • AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirdi (FOTO)
  • AZAL Sofiya şəhərinə ilk reysini həyata keçirdi (FOTO)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar