Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimpaşa Məmmədova vaxt verildi - Son sözünü deyəcək

Tarix: 07-06-2024 18:45     Baxış: 3133 A- / A+
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.

Manevr.az
-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror yenidən ittiham nitqi ilə çıxış edib.

Prokuror əvvəlki tələbində qaldığını - A.Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı çıxışında eks icra başçısının üzərinə həbs qoyulmuş "Azfarel” MMC istisna olmaqla digər əmlaklarının dövlət nəfinə müsadirəsini təklif edib. 
Vəkillər müdafiə çıxışında Alimpaşa Məmmədova bəzi maddələr üzrə bəraət, bəziləri ilə isə yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə Alimpaşa Məmmədova son sözə hazırlaşması üçün  oktyabrın 3-nə kimi vaxt verib. 

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun ümumikdə bazar dəyəru 10 milyondan çox olan-"Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat); "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) və Bakı şəhərində yerləşən iki mənzili (bazar dəyəri 676 min manat) üzərinə həbs qoyulub. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib."qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar