Nepal Ordusunun Baş Qərargah rəisi Prabhu Ram Şarma bildirib ki, kampaniyanın əhəmiyyətini yalnız 55 gün ərzində toplanan zibilin miqdarı ilə qiymətləndirmək olmaz. Belə ki, hərbçilər zirvəyə qalxarkən həlak olan 5 nəfərin cəsədini də təxliyə ediblər.
"Kampaniyanın əldə etdiyi bir sıra nailiyyətlər Nepal xalqının təbiətin və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq işə sadiqliyini nümayiş etdirir", - deyə o bildirib.
Qərargah rəisinin sözlərinə görə, aksiyada 10 min hərbçi iştirak edib.
Qeyd edək ki, kampaniya aprelin 11-də başlayıb və 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə başa çatıb. oxu.az
Manevr.az