BNA-da korrupsiya əməliyyatı: Mais Ağayev saxlanılıb
Ötən ilin iyul ayının 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib.
Əməliyyat zamanı kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqqında yazılanlardan aydın idi ki, ortada olduqca ciddi qanun pozuntuları var. Lakin bu əməliyyat çərçivəsində xüsusən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin adı hallanırdı.
M.Ağayev həmin əməliyyat zamanı saxlanılıb.
Bundan iki ay sonra onun sərbəst buraxıldığı deyilir.
Keçmiş mətbuat katibinin azadlığa buraxıldıqdan sonra ölkəni tərk etdiyi bildirilir.
Daha sonra isə Mais Ağayevin Türkiyəyə getdiyi məlum olub.
Qeyd edək ki, sonuncu dəfə o, 2024-cü il fevralın 7-tdə prezident seçkisində iştirak edib və səs verən zaman görünüb. globalinfo.az
Manevr.az