Manevr.az bildirir ki, modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərinin təqdimatına davam edir.
Bu dəfə mövzu ilə bağlı Tovuz rayonunu seçmişik.
Tovuzun adı ilə əlaqədar müxtəlif fərziyyələr var, onlardan biri "Tau Ok uz" - qədim Hun türkcəsindən tərcümədə "Dağ tayfalarıyıq" mənasını verir; ikincisi, "Tau ust" qala - qədim Hun türkcəsindən tərcümədə "Dağ üstündə yerləşən qala" mənasını verir. Bəs hansı daha çox qəbul edilir?
Milli Məclisin deputatı Arzu Nağıyev və Globalinfo.az informasiya portalının baş redaktoru Azər Ayxan mövzuya rəy bildiriblər.
Arzu Nağıyev deyib ki, Tovuzun adının mənşəyi "Tau Ok uz" sözündən götürülüb:
“Bizim ərazidə əsasən oğuz tayfaları yaşadığı üçün rayondakı yer adlarının çoxu da bununla bağlıdır”.
Azər Ayxanın sözlərinə görə, xüsusilə müstəqillik dövründən sonra bu cür mövzular populyarlıq qazanıb:
“İstər regional tədqiqatçılar, istərsə də respublika miqyasında tarixçilər Tovuz rayonunun adının mənasını ən müxtəlif səpkidə təqdim etməyə çalışıblar. Hələlik rayonun adı ilə bağlı ciddi nəticə yoxdur”.
O bildirib ki, bir rayonun adının mənasını araşdırmaq üçün orada yaşayan insanların xarakterini analiz etmək lazımdır:
“O cümlədən yaşam tərzləri, adət-ənənələri, folkloru, toy və yaslarını kompleks şəkildə analiz etmək lazımdır. Bir adın üzərinə gedərək, onun hansı məna daşıdığını tapmaq çətin olar. Ona görə də mütəxəssislərə tövsiyəm o ola bilər ki, bu cür adlar araşdırılarkən yerli əhalinin həyat tərzi, folkloru, islamdan əvvəlki və sonrakı inancları öyrənilsin, bu halda bölgənin adının hansı mənanı daşıması da ortaya çıxacaq. Ola bilər ki, rayonun adı "Dağ üstündə yerləşən qala" mənasını verən "Tau ust" sözündən götürülsün. Təkcə bizim Yuxarı Öysüzlü kəndində 7 qala var. O qalaların bir neçəsi haqqında həvəskar səviyyədə də olsa, müəyyən verilişlər çəkilib”.
Müsahibimiz sonda qeyd edib ki, Tovuz döyüşləri zamanı da bu məsələ tez-tez ortaya çıxırdı:
“Bildirilirdi ki, "Tovuz" sözü qala, döyüşkən ruh, barışmaz mövqe mənasına gəlir. Situasiyaya uyğun olaraq bəzən insanlar emosional rəy də verə bilirlər. Bütövlükdə rayon əhalisnin adət-ənənələri, yaşam tərzi ümumiləşdirildkdə yerin adının hansı mənaya gəldiyini müəyyən etmək olur”.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar