Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı ölkəni hansı bürc idarə edir?

Tarix: 05-06-2024 11:25     Baxış: 477 A- / A+



Bürclər insan həyatında əhəmiyyətli rola malikdir. Bir çox xüsusiyyətlər kimi, liderlik xüsusiyyəti də bürclər arasında fərqlilik göstərir. Bəs, dünya liderləri hansı bürclər altında doğulublar?
Manevr.az metbuat.az-a istinadən dünya liderlərinin bürcləri haqqında məlumatı təqdim edir:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə doğulub, Balıqlar bürcüdür. Bu bürc altında doğulan insanlar hər kəslə asan ünsiyyət qura bilmirlər və emosional olurlar. Ədəbiyyat və şeirə maraqları olur.
ABŞ prezidenti Co Bayden Əqrəb bürcüdür. O, 1942-ci ilin 20 noyabrnda doğulub. Bu bürcdən olan insanlar liderlik və idarəetmədən daha çox insanları manipulyasiya etməyə üstünlük verirlər.
21 dekabr 1977-ci ildə doğulan Fransa prezidenti Emmanuel Makron Oxatan bürcüdür. Bu bürc altında doğulan kişilər eşq həyatında uğurlu və maraqlı insanlar olurlar.
Kanada baş naziri Ceyms Trudeau isə Oğlaq bürcündəndir. O, 25 dekabr 1971-ci ildə dünyaya gəlib. Oğlaqlar son dərəcə inadcıl və qərarlı olurlar. Qərar verərkən sərt və eqoist davranırlar.
7 oktyabr 1952-ci ildə doğulan Rusiya lideri Vladimir Putin Tərəzi bürcüdür. Son dərəcə sakit və ünsiyyətə girilməsi asan olar Tərəzilər sənətə və idmana düşkün olurlar. Digər insanlarla mülayim münasibətə üstünlük verirlər.
İsrail baş naziri Benjamin Netanyahu isə 21 dekabr 1949-cu ildə doğulub, Tərəzi bürcüdür. Tərəzi bürcü altında doğulan insanların gizli bir mükəmməliyətçi ruhu vardır. Qarşılaşdığı hər situasiyanın müsbət və mənfi yönlərini detalları ilə incələyib, günlərlə düşünə bilərlər.
Şimali Koreya lideri Kim Çen İn Oğlaq bürcüdür. O, 8 yanvar 1983-cü ildə doğulub. Oğlaq bürcləri son dərəcə hissiz ola bilirlər. Ətrafındakıları idarə etməyi sevir və onların həyatlarına müdaxilə edirlər.
Çin lideri Xi Jinping 15 iyun 1953-cü ildə doğulub, Əkizlər bürcüdür. Bu bürcdən olan insanlar qərar verərkən bütün riskləri nəzərdən keçirməyi və planlı addımlar atmağı sevirlər.
Eyni zamanda, keçmiş Almaniya kansleri Angela Merkel Xərçəng, keçmiş ABŞ prezidenti Donald Tramp Əkizlər, Britaniya kraliçası Elizabet Buğa, Finlandiyanın sabiq baş naziri Sanna Marin Əqrəb, sabiq ABŞ prezidenti Barak Obama Şir, Corc Buş Xərçəng, keçmiş İtaliya baş naziri Silvio Berluskoni Tərəzi bürcündəndir.
Ötən əsrin tanınmış siyasi liderlərindən Adolf Hitler Qoç, Jozef Stalin Oxatan, Vladimir Lenin Buğa, Muammer Qəddafi Əkizlər, Səddam Hüseyn Buğa, Nelson Mandela Xərçəng bürcü altında doğulmuşdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar