Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən dərs danışıram, oğlan dönüb qızın ağ baldırına baxır"

Tarix: 04-06-2024 22:03     Baxış: 3170 A- / A+

"Bir də görürəm dərsdə tələbələrdən biri qısa şortiklə oturub. Deyirəm qızım, sən hara gəlmisən? Bu çimərlik deyil! Bu geyim üçün çimərliklər, diskotekalar, barlar var".

Bu sözləri Əməkdar artisti Gülşad Baxşıyeva "Həftənin qonağı" verilişində deyib.

O, müəllim kimi çalışdığı Mədəniyyət və İncəsənət Universitetinin qız tələbələrinin açıq-saçıq geyinməsindən gileylənib:

"Qız gəlir qısa şortikdə oturur, mən orda dərs danışıram, oğlanların fikri isə qalır qızın baldırında. Mən danışdıqca başını çevirib qızın ağ budlarına baxır. Deməli, o oğlan bu gün dərsi öyrənmədi.

Axırda qızı qaldırıram, deyirəm, get, adam paltarı geyin! Qızlar da dilli olub, cavab qaytarır ki, necə yəni adam paltarı geyinim? Qarşısında olan pedaqoqun da hansı yaşda olduğunu nəzərə almır və cavab qaytarır.

Deyirəm ki, sən çimərlik paltarında gəlmisən, mən yanındakı tələbələri dərsə cəlb edə bilmirəm, cazibə qüvvəsi sənin baldırlarındadır".

G.Baxşıyeva tələbələrini açıq-saçıq geyimdə dərsinə buraxmadığını açıqlayıb:

"Tələbələrə deyirəm ki, mənim dərsimə belə gəlməyin! Qolu uzun, şalvar geyinə bilərlər, amma dar şalvar yox. Kimono da geyinməyə qoymuram! Qoluqısa köynək olar, amma topik, göbəyi açıq, ipli köynəklər geyinmək olmaz!"

Gülşad Baxşıyevanın bu fikirləri sosial şəbəkdə xeyli müzakirə olunub. Bəziləri universitetlərdə "dresscode" olmadığını bildirib və bu hərəkətinə görə aktrisanı tənqid edib.

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar