Xəbər lenti
Əti ayrı, yumurtası ayrı dərd olan toyuqlar xərçəng yaradır? - VİDEO

Baytar Famil Kazımovun sözlərinə görə, sənayedə yetişdirilən toyuqlara daha çox yumurtlaması üçün kimyəvi tərkibli dərmanlar verilir. Bu cür çoxaldılan canlılar isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Belə maddələr toyuqda asılılıq yaradır və dərman dayandırılarsa, toyuqlar yumurtadan kəsilir:
"Kimyəvi yolla hazırlanmış hər hansı bir dərman nəinki insan orqanizmində, hətta toyuqlarda da xərçəng riskini artıra bilər. Həmin qidalardan başqa heç nə qəbul etmədiyi üçün yumurtaların hamısı ağ rəngdə olur".
Qida mütəxəssisi Asim Vəliyevin sözlərinə görə, satışda hazırda kənd toyuğu və yumurtası adı ilə mənşəyi bəlli olmayan məhsullar da var:
"Bəzi təşkil olunan reydlər nəticəsində kənd yumurtası adı ilə satılan saxta məhsullar aşkarlanıb. Hətta bəzən yumurtaların üzərinə kənd məhsulu olduğunu göstərmək üçün toyuq nəcisi də çəkirlər".
Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli isə iddiaları təkzib edib. Onun sözlərinə görə, toyuqlara yumurta artımı üçün dərman verilməsi və satışda saxta məhsulların olması əsassızdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, 2024-cü ildə keçirilən monitorinq və yoxlama tədbirləri zamanı bu kimi faktlara rast gəlinməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar