Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bürclər insan həyatına necə təsir edir? – Alimdən ŞOK AÇIQLAMA

Tarix: 04-06-2024 09:34     Baxış: 3153 A- / A+

Rəsmi elm uzun müddət astrologiyanı şarlatanlıq hesab etsə də, bunu təsdiqləmək üçün çox az real elmi araşdırma aparılıb. Yəqin ki, əksər alimlər üçün bu mövzu qeyri-ciddi və diqqətə layiq görünmür.

Xarici mediayanın məlumatına görə, Kemyona Universitetinin (Cənubi Koreya) alimi Mohsen Coşanlu öz tədqiqatını aparmaq qərarına gəlib və astrologiyanın tamamilə əsassız olduğuna dair yeni dəlillər tapıb. 

Nəticələrin daha inandırıcı görünməsi üçün tədqiqatçı 12.791 iştirakçıdan çox əhəmiyyətli nümunə götürüb və bürclərin həyatlarına təsirinin nə qədər böyük olduğunu sınayıb.

Coşanlu iştirakçıları ümumi xoşbəxtlik/bədbəxtlik hissi, depressiya əlamətlərinin olması, psixi gərginliyin səviyyəsi, işdən və maliyyə vəziyyətindən məmnunluq səviyyəsi, həyatda “sönüklük” hissi, sağlamlıq, şəxsi həyatdan məmnunluq, özünü qiymətləndirmə kimi göstəricilər üzrə sınaqdan keçirib. Alim yaşa, cinsə və təhsilə uyğunlaşdırılmış bürcdən asılı olaraq nümunələri müəyyən etməyə çalışıb.

Nəticədə, tədqiqatçı sadalanan 8 göstəricidən 7-də bürc əlamətlərinin insanın özünü hiss etməsinə statistik əhəmiyyətli təsirini tapa bilməyib. Yalnız insanların maddi vəziyyətindən məmnunluq səviyyəsində statistik cəhətdən əhəmiyyətli, lakin hələ də əhəmiyyətsiz bir təsir göstərib.

Alimin fikrincə, onun araşdırması inandırıcı şəkildə sübut edir ki, astrologiya insan rifahını proqnozlaşdıra bilməz. O hesab edir ki, bürclərə əsasən insanın taleyini proqnozlaşdırmaq zər və ya sikkə atmaqla bunu etməklə 

eynidir.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar