Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda hərbçilərə "TikTok" qadağan ediləcək? - AÇIQLAMA

Tarix: 03-06-2024 14:51     Baxış: 3162 A- / A+

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb. Qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün bu sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. Azərbaycanda da ara-sıra “TikTok”un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması kimi paylaşımlar göstərilir.

Hərbi əməliyyatlar zamanı ölkədə "TikTok"un fəaliyyəti məhdudlaşdırılsa da, bir müddət sonra yenidən Bərpa edilib. Türkiyədə hərbçilərə sözügedən sosial şəbəkədən istifadənin qadağan edilməsindən sonra Azərbaycanda da oxşar addımların atılması ilə bağlı müzakirələr aparılır.

"Sosial şəbəkələrdə yayılan məlumatlardan düşmən xarici xidmət orqanları da istifadə edir"

Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, hərbi qulluq zamanı sosial şəbəkədən istifadə təhlükəsizliyə təhdid növlərindən biridir:

"Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadənin qadağan olunması məlum məsələdir ki, təhlükəsizlik ilə əlaqədardır. Hərbçilərin qulluq zamanı sosial şəbəkələrdən istifadə etməsi təhlükəsizliyə təhdid növlərindən biridir. Bunun qarşısı mütləq şəkildə alınmalıdır. Tək "TikTok" deyil, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə qoşunların dislokasiyası, özlərinin müəyyən hərəkət marşrutlarının dəyişilməsi ilə bağlı paylaşımların hansı fəsadları doğurmasını, artıq praktikada görmüşük. Bununla paralel olaraq, Azərbaycanda da müəyyən qanunlar qəbul olunub. Söhbət təbii ki, "TikTok"dan getmir. Amma dislokasiya ilə əlaqədar "Facebook" sosial şəbəkəsində öz hərbi yerlərinin göstərilməsi böyük problemlərə gətirib çıxarır. Türkiyə Böyük Millət Məclisinin milli müdafiə komitəsində belə bir qərarın qəbul olunması Türkiyə Silahlı Qüvvələrinin təhlükəsizliyinin təmin edilməsindən başqa bir şey deyil. "Facebook" və digər sosial şəbəkələrin dövlətlərdə nümayəndəliklərinin açılması məsələsi də gündəmə gəlmişdi. Bir sıra dövlətlər, o cümlədən Türkiyə də bu məsələni həll etdi. Çünki sosial şəbəkələrdə yayılan məlumatlardan düşmən xarici xidmət orqanları da istifadə edir. Geosiyasi mövqeyimiz elədir ki, hər problemin yaradılmasında sosial şəbəkələrin iştirakından istifadə mümkündür".

A.Nağıyev qeyd edib ki, hərbçinin şəxsi vaxtında etdikləri özünü əlaqələndirir, amma hərbi qulluq zamanı bu belə deyil:

"Məlumdur ki, düşmən yatmır və sosial şəbəkələr vasitəsilə onların xüsusi xidmət orqanları cəlbetmələri həyata keçirir, hətta  nüfuzdansalıcı materillar əldə etməyə cəhd edirlər. Ona görə də düşünürəm ki, bu, çox vacib məsələdir. Məsələnin hansı ciddi fəsadlar doğuracağı ciddi düşünülməlidir. Gələcəkdə ən mühüm məsələ dövlətin və dövlətçiliyin təhlükəsizliyi və ona olan təhdidin qarşısının alınmasıdır".

"Yaxın prespektivdə sosial şəbəkələrlə bağlı müəyyən qərarların şahidi olacağıq"

Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, sosial şəbəkələrdən orduda sadəcə bir qism şəxsə icazə var:

“Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət edən şəxsi heyətlə informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və sosial şəbəkələrdən istifadənin yarada biləcəyi nəticələr barədə ardıcıl olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların xidmətə qəbul olunması zamanı onlarla müəyyən öhdəçiliyin götürülməsiylə əlaqədar iltizamnamələr imzalanır. Lakin bəzən bir neçə hərbi qulluqçu tərəfindən öhdəçiliyin pozulması hallarının şahidi olmuşuq. Belə hallar aşkar edildikdə, hətta həmin hərbi qulluqçuların xidmətdən təxris olunması istiqamətində əmrlər də imzalanıb. Təbii ki, "TikTok" sosial şəbəkəsində hətta Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan, gənclərin, yeniyetmələrin əxlaqi tərbiyyəsində kifayət qədər mənfi rol oynayacaq paylaşımlara da rast gəlinir. Təbii ki, orduda xidmət edənlərin əksəriyyətinin gənclərdən ibarət olduğu nəzərə alınaraq, onları da bu sosial şəbəkənin ziyanlı təsirindən qorumaq üçün aidiyyəti rəhbər şəxslər tədbirlər planlaşdırılır. Şəxsi heyətlə görüş və söhbətlər aparılır. Hazırda Silahlı Qüvvələrdə "TikTok" sosial şəbəkəsinin istifadəsi onsuz da qadağandır. Hərbi qulluqçulara sosial şəbəkədən istifadə etmək məhdud miqyasda insana icazə verilir. Ona görə də gələcəkdə yeni təkliflərin hazırlanması mümkündür".

Ə.Verdiyev vurğulayıb ki, yaxın prespektivdə sosial şəbəkələrlə bağlı müəyyən qərarların şahidi olacağıq:

"Bildiyim qədərilə, "TikTok"un Azərbaycandakı rəhbərliyi ilə bu sosial şəbəkənin ziyanlı təsirlərinin ölkə ərazisində məhdudlaşdırılması istiqamətində danışıqlar aparılıb. Yəqin ki, yaxın prespektivdə biz sosial şəbəkələrin ziyanlı istiqamətlərinin Azərbaycanda yayımlanmaması üçün müəyyən qərarların şahidi olacağıq. Bu da yalnız hərbçiləri deyil, azyaşlıları və digər kateqoriyadan olanları da əhatə edə bilər".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar