"Uşaqları xoşbəxt etmək üçün dərin düşünülmüş elmi konsepsiyalara ehtiyacımız var. Onların hərtərəfli formalaşması və yetişməsi üçün vacib işlər görülməlidir. Bu işlər həm ailə, həm bağça, həm də məktəbdə aparılmalıdır”.
Manevr.az xəbər verir ki, bunu bakupost.az
-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq məktəb və ailə arasında sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb:
"Bununla bağlı geniş müzakirələr aparmalıyıq. Bu gün biz məktəblə ailə arasında çox sıx əlaqə yaratmağa çalışmalıyıq. Bizim təhsil siyasətimiz dəyişməlidir. Çalışmalıyıq ki, müəllimlərlə valideynlər daha sıx fəaliyyətdə olsun. Çünki onların ümumi bir problemi var, eyni uşağı arzuolunan şəkildə böyütmək. Burda məktəbin də, valideynlərin də üzərinə məsuliyyət düşür. Bunun üçün məktəblərimizdə güclü sosial iş xidməti olmalı və onlar bu münasibəti sıxlaşdırmalıdır. Ona görə məktəbin yeni bir funksiyasının artmasına ehtiyac var. Bu da çox böyük xərc tələb etmir. Biz ibtiadai sinif fəlsəfəmizi, düşüncəmizi dəyişməliyik”.
Sosiloq uşaqların sağlam böyüdülməsi üçün uşqpulu verilməsinin vacib olduğunu bildirib:
“Uşaqpulu verin deyəndə bir nəfər məmur qalxıb deyir ki, dövlətin bunun üçün büdcəsi yoxdur. Ölkənin buna imkanı yoxdursa, uşaqpulunu ehtiyacı olan ailələrə versinlər. Onda da deyirlər ki, bu, uşaqların hüquqlarını pozmaqdır. Ölkədə sosial, humanitar münasibətlərin həllinə formal münasibət var. Bu işlə məşğul olanlar axıra kimi başa düşmür ki, onlar nəyə borcludur”.
Qeyd edək ki, bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Manevr.az