Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun yeri niyə boş qalıb? - Səbəbi bu imiş...

Tarix: 01-06-2024 17:14     Baxış: 382 A- / A+

İlham Əliyev iki fərmanda dəyişiklik etdi2022-ci ilin 21 dekabrında Vasif Talıbovun istefasından sonra onun birinci müavini Azər Zeynalov Naxçıvan Ali Məclisinə rəhbərlik etsə də, hazırda sədr postu boşdur. Naxçıvan Ali Məclisinin yeni sədrinin nə zaman seçiləcəyi hazırda ən çox doğuran məsələlərdən biridir. Cəmiyyətdə Ali Məclisə seçkinin hansı tarixdə və kimin seçiləcəyi ilə bağlı bir-birindən fərqli iddialar var. 

Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa bildirib ki, Ali Məclisə seçkilər Milli Məclisə seçkilərlə paralel keçiriləcək və Ali Məclisin sədri də məhz həmin seçkilərin nəticəsində məlum olacaq:

“Milli Məclisə seçkilər olan vaxt Naxçıvan Ali Məclisinə də seçkilər keçiriləcək. Yəni bu iki seçki paralel aparılacaq. Yəqin ki, parlament seçkilərinin olmasını gözləyirlər. Parlament seçkilərindən sonra Ali Məclisə yeni sədrin seçilməsi nəzərdə tutula bilər. Ona görə də bu məsələdə bilavasitə seçki faktoru önəmlidir. Çünki seçkilərə az qalır və bu müddət ərzində yeni sədrin seçilməsi yəqin ki, məqsədəuyğun sayılmayıb. Paralel olaraq Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Ali Məclisinə də seçkilər keçirilməlidir. Bundan sonra seçilmiş yeni tərkibdə artıq Ali Məclisin sədrinin də seçilməsi baş verəcək”. 

Deputat seçkilərdən sonra Naxçıvanda idarəetmə formasının necə təşkil olunacağının da dəqiqləşəcəyini qeyd edib: 

“Ümumiyyətlə, Naxçıvanda idarəetmə ilə bağlı bir az fərqli model tətbiq olundu. Prezidentin xüsusi nümayəndəsi institutu təsis olundu. Yəqin ki, seçkilərdən sonra daha aydın olacaq ki, hansı formada idarəetmə həyata keçiriləcək. Hər halda Ali Məclis strukturu saxlanıbsa, onun üzərindən idarəetmənin davam edəcəyini proqnozlaşdırmaq mümkündür”. 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar