Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında "Malıbəy" KSES-in təməli qoyuldu

Tarix: 01-06-2024 14:34     Baxış: 3144 A- / A+


Bu gün Laçın rayonunun Malıbəy kəndində eyni adlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.

Manevr.az xəbər verir ki, layihəni İqtisadiyyat Nazirliyinə məxsus Azərbaycan İnvestisiya Şirkəti ASC, Türkiyənin "Demirören Holding” və "Arges Enerji Teal" şirkəti birgə icra edir.

Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda "Qalaça-1", "Qalaça-2" və "Minkənd" KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda "Tərtər-1" KSES-in tikilməsi nəzərdə tutulur.

İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 Qvt elektrik enerjisi istehsal edəcək. "Malıbəy" KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 Qvt elektrik enerjisi istehsal edəcək.

Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar