Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadına əzab verən Yalçının cəzası ağırlaşdırıldı

Tarix: 31-05-2024 16:10     Baxış: 3108 A- / A+

Arvadına əzab verməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş Yalçın Bektimirovla bağlı hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Bektimirovla bağlı hökmü dəyişib.
Məlumat üçün bildirək ki, hökmdən həm Yalçın Bektimirov, həm də arvadı Anastasiya Bektimirova narazı qalmışdı.
Bektimirov şikayət ərizəsində bəraət, arvadı isə əksinə cəzanın ağırlaşdırılmasını tələb edirdi.
Prokuror isə hökmdən protest verməyib. Şikayətlərə hakim Murad Məmmədovun sədrliyi ilə baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri tərəflərin çıxışlarını dinlədikdən, sənədləri tədqiq etdikdən sonra belə qənaətə gəliblər ki, Yasamal Rayon Məhkəməsinin hökmü zərərçəkmişə münasibətdə ədalətli deyil.

Bu səbəbdən də təqsirləndirilən şəxsin şikayəti əsassızdır. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.
Anastasiya Bektimirova iddia edirdi ki, ərinin göstərdiyi şiddət səbəbindən gözünün birini itirib. Lakin bu iddia təsdiqini tapmayıb. Son qərarda da göstərilib ki, Bektimirova gözünü əvvəldən yoluxduğu xəstəlik səbəbindən itirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar