Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızı bulaq başından qaçırıb təcavüz edən şəxsə və yaxınlarına AĞIR CƏZA

Tarix: 29-05-2024 23:26     Baxış: 3140 A- / A+
Qızı bulaq başından qaçırıb təcavüz edən şəxsə və yaxınlarına AĞIR CƏZA2021-ci ildə Ağcabədi rayonunda 18 yaşlı qızı zorla qaçıran 6 nəfərin məhkəməsi nəhayət başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2000-ci il təvəllüdlü Ramin Allahverdiyev, atası 1968-ci il təvəllüdlü Çərkəz Allahverdiyev, dayısı Ruhid Zeynalov, əmisi oğlu Mütalib Allahverdiyev, əmisi qızı Nərgiz Allahverdiyeva və əmisi oğlunun arvadı Pərvanə Qarayevaya hökm oxunub.

Bildirilib ki, Ramin Allahverdiyev uzaq qohumu olan 2003-cü il təvəllüdlü Röya Tağıyevaya (ad və soyad şərtidir) elçi göndərib. Ailələr ilkin olaraq izdivaca razılaşsa da, sonradan Röyanın ailəsi onların nişanlanmasına qarşı çıxıb və qarşı tərəfə rədd cavabı verilib. Bundan sonra Ramin atası Çərkəz və digər qohumları ilə Röyanı qaçırmaq məqsədilə plan hazırlayıb. Röya Raminin əmisi qızı Nərgiz və digər qohumu ilə bulağa su gətirməyə gedərkən onlar "Vaz" markalı avtomobillə hücum edərək gənc qızı zorla qaçırıblar. Daha sonra Ramin qızı apardığı ünvanda zorlayıb.

Məhkəmədə zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini tələb edib. Röya və ailəsi dəymiş zərərə görə Raminə qarşı 1 milyon, digər 5 nəfərin hər birinə qarşı isə yarım milyon manatlıq mülki iddia da qaldırıb.
Məhkəmə prosesi bu ayın 22-də başa çatıb. Ramin Allahverdiyev Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü (Adam oğurluğu və zorlama) maddələri ilə təqsirli bilinib. Ona 13 il həbs cəzası verilib. Raminin atası Çərkəz Allahverdiyev və digər 4 nəfər isə 144.3-cü maddə üzrə təqsirli bilinib. Çərkəzə 11 il 6 ay, Raminin dayısı Ruhidə 10 il 6 ay, əmisi Mütalibə 10 il 6 ay həbs cəzası verilib. Raminin əmisi qızı Nərgiz və əmisi oğlunun arvadı Pərvanəyə isə verilən 10 illik həbs cəzası 2 il müddətinə sınaq təyin edilməklə şərti hesab edilib.

Bundan başqa mülki iddia da təmin edilib. Ramindən 20 min, Çərkəzdən 10 min, Ruhid və Mütalib 2500, Nərgiz və Pərvanənin isə 1000 manat pul məbləğinin tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib. big.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar