Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şoyqunun uşaqlarının anasının ərinin Dubayda sərvətləri ortaya çıxdı

Tarix: 28-05-2024 22:45     Baxış: 3112 A- / A+
Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun qeyri-qanuni uşaqlarının anası Yelena Kaminskas (Şebunova) ilə evli olan iş adamı Adolfas Kaminskas Dubayda daşınmaz əmlaka pul yatırıb.

Bu barədə Litvanın Siena Jurnalistika Araşdırma Mərkəzinin araşdırmasında deyilir.
 
Həmin mənzilləri alarkən Adolfas Kaminaskas Litva pasportundan istifadə edib. Doğrudur, sonradan Rusiya vətəndaşlığına malik olduğu üzə çıxdığı üçün o, Litva vətəndaşlığını itirib.
 
Alınan məlumatlara görə, 2022-ci ilin noyabr ayında Kaminskas tikilməkdə olan Palm Beach Towers layihəsinə təxminən 4 milyon avro sərmayə qoyub. Burada o, hər biri 124 kv.m olan 3 mənzil alıb. Bu mənzillərdən biri sonradan Yelena Kaminskas adına yenidən qeydiyyata alınıb.
 
“Siena”nın məlumatına əsasən, iş adamı hazırda Latviya vətəndaşlığından məhrum edilməsi barədə qərara məhkəmədə etiraz etməyə çalışır. Qərarın iyunun 12-də açıqlanması gözlənilir.
 
2017-ci ilə qədər Kaminskas moped satan kiçik biznesə sahib idi, lakin sonradan nədənsə sürətlə varlanmağa bşlayıb. Kaminskas Vilnüsdə 20 milyon avro dəyərində aktivləri olan bir neçə müəssisənin benefisiarına çevrilib. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar