Xəbər lenti
Qadın ərinin toyunda qonaq olduğunu öyrəndi
Qadın köhnə fotoşəkilləri gözdən keçirib və ərinin bəy olduğu toyda özünü qonaqlar arasında görəndə çox təəccüblənib.
İndoneziyadan olan 24 yaşlı Renata Fadea təsadüfən uşaqlıqda gələcək ərinin toyunda iştirak etdiyini öyrənib. Renatanın əri ondan 38 yaş böyükdür.
Renata ilə tanışlıqdan əvvəl iki dəfə evlənib, lakin hər iki evlilik uğursuz olub. Bir gün Renata ikinci toyunun fotoşəkillərindən ibarət alboma baxarkən qəflətən fotoşəkillərdən birində özünü görüb. Məlum olub ki, 2009-cu ildə, 9 yaşında olarkən, o, valideynləri ilə birlikdə bu şənliyə qatılıb, lakin bu hadisəni tamamilə unudub.
Əslən İndoneziyanın Banqka adasından olan Fadea gələcək əri ilə yalnız 2019-cu ildə yenidən tanış olub. O vaxta qədər o, səkkiz il idi boşanmışdı və birinci evliliyindən bir övladı var idi. Bir-birini seviblər, evləniblər və 2023-cü ildə ilk övladları dünyaya gəlib. Renata, ciddi yaş fərqinə baxmayaraq, 62 yaşlı tərəfdaşını səmimiyyətlə sevdiyinə əmin edir.
O, bu heyrətamiz hekayəni "Instagram" səhifəsində paylaşıb və paylaşımına milyonlarla baxış olub. Məlumdur ki, İndoneziyada erkən nikah çox yayılıb. UNICEF-in hesabatına görə, bu ölkədə qadınların dörddə biri 18 yaşından əvvəl ailə qurur. lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar