Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Din xadimi ibadətə gələn qadının əlini dişlədi

Tarix: 28-05-2024 21:23     Baxış: 3231 A- / A+
Din xadimi ibadətə gələn qadının əlini dişlədiABŞ-da bir keşiş ibadət zamanı qadının əlini dişləyib.

Bu barədə "NBC News" xəbər yayıb.

Bildirilir ki, hadisə Florida ştatının Sent Cloud şəhərində, Tomas Akvin kilsəsində baş verib. Qadın səhər ibadətinə saat 10-da gəlib. Burada o, keşiş Fidel Rodriges ilə qısa söhbət edib. Keşiş ona müqəddəs mərasimin həyata keçirilməsi üçün bəzi addımların atılmasının vacib olduğunu deyib və fikirləşmək üçün vaxt verib.

İki saatdan sonra qadın günorta duasına qayıdıb və yenidən rahiblə ünsiyyətə girməyə çalışıb. Rodriges razı olub-olmadığını soruşduqda, qadın ona "bu onun işi deyil" deyib.

O, daha sonra Rodrigesi itələyib. Keşiş isə qadının əlini dişləyib. Bundan sonra qadın kilsəni tərk edib.

Daha sonra o, polisə bildirib ki, Rodriges birlik şərtlərinin yerinə yetirilməməsindən əsəbiləşdikdən sonra onun ağzına vafli "soxmağa" çalışıb. Rodriges isə polisə bildirib ki, ilk olaraq qadın ona hücum edib. Qadın etiraf edib ki, "o anda mənə elə gəldi ki, bunun yeganə yolu onun əlini dişləməkdir".

Yeparxiya Rodrigesin "Müqəddəs Birliyi bu küfr əməlindən qorumaq üçün" cavab verdiyini təsdiqləyib. Orlando Yeparxiyasının bəyanatında deyilir: "Orlando Yeparxiyası bu cür fiziki mübahisələri qəbul etməsə də, Ata Rodriges Müqəddəs Kitaba hörmətsizlik aktının qarşısını almaq üçün yaxşı niyyətlə səy göstərib". publika.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar