Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan saatlıq əməkhaqqı sisteminə keçir, bu qaydada hesablanacaq – RƏSMİ

Tarix: 28-05-2024 15:34     Baxış: 3126 A- / A+

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq müəyyən edilir və bir ay çalışan işçiyə 345 manatdan az maaş vermək olmaz.

Lakin yeni sistemdə hesablama fərqli aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər üzərində çalışır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, bəzi ölkələr hətta hibrid modellərdən (həm saatlıq, həm minimum əməkhaqqı) istifadə edirlər:

“Nazirlik olaraq qabaqcıl beynəlxalq təcrübəni araşdırırıq, təhlillərin nəticələri nəzərə alınmaqla təkliflər hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaq”.

N.Mirzəyeva onu da əlavə edib ki, saatlıq minimum əməkhaqqının müəyyən edilməsi bir sıra məqsədlərə xidmət edir. Əsas məqsəd isə işçilərin hüquqlarının qorunmasıdır.

İqtisadçı Xalid Kərimli bildirib ki, həftədə 40 saat işləyən və daimi iş yeri olan işçilər üçün heç bir dəyişiklik olmayacaq. Əvvəl bu rəqəm 345 manat müəyyənləşdirilmişdirsə, indi isə həmin məbləğ ayda olan iş saatlarına uyğun olaraq saatlı əməkhaqqına keçəcək. Bu sistem daha çevik bir mexanizmdir.

Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar