Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI

Tarix: 27-05-2024 22:48     Baxış: 3286 A- / A+
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDIKoreyanın "Kia" korporasiyası süni intellekt (AI) ilə inteqrasiya olunmuş "EV3" avtomobilini təqdim edib.

Bu barədə "TechCrunch" məlumat yayıb.

Şirkət nümayəndələri bildiriblər ki, bu, "OpenAI"dən populyar söhbət botu olan "ChatGPT"nin ciddi şəkildə yenidən işlənmiş versiyasıdır.

Bu avromobil ChatGPT inteqrasiya olunmuş ilk avtomobildir.

Böyük dil modeli (LLM) istehsalçı tərəfindən elə konfiqurasiya edilib ki, sürücü səslə musiqi və radionu dəyişdirə, səyahət marşrutları qura və elektromobilin digər funksiyalarını idarə edə bilsin. Buraxılan avtomobildə həmçinin iki multimedia ekranı var - sürücü və sərnişin üçün.

"Kia" "EV3" 600 kilometr məsafə qət edən 81,4 kilovat-saatlıq akkumulyatora malikdir. GT-line elektromobilinin xüsusi versiyası saatda 100 kilometr sürəti 7,5 saniyəyə yığa bilir. Şirkətdən bildirilib ki, kompakt krossover şəhərdə avtomobil sürmək üçün nəzərdə tutulub.

"ChatGPT "ilə təchiz edilmiş avtomobil iyul ayında Cənubi Koreyada satışa çıxarılacaq və ilin ikinci yarısında ABŞ və Avropaya ixrac ediləcək. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar