Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sertifikasiyadan keçən müəllimlərin əmək haqqı necə artırılmalıdır? - Açıqlama

Tarix: 27-05-2024 18:30     Baxış: 3213 A- / A+


Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əmək haqlarının yeni mexanizm əsasında differensial olaraq artırılması təklif olunur. Millət vəkili Vüqar Bayramov bununla bağlı hələ ötən il Elm və Təhsil Nazirliyinə müraciət ünvanladığını deyib.



Manevr.az xəbər verir ki,Bakupost.az-aaçıqlamasında təhsil eksperti Elşən Qafarov təklif olunan bölgünü ədalətsiz hesab edib:
“Millət vəkili Vüqar Bayramov sertifikasiya zamanı müəllimlərin əmək haqlarının artırılmasıyla bağlı uzun müddətdir ki, ardıcıl olaraq təkliflərini irəli sürür. Təhsil cameəsi bu təklifləri müsbət qarşılayır. Biz təhsil mütəxəssisləri də, o cümlədən Təhsil Ekspertləri Mərkəzi də Vüqar müəllimin təkliflərini müzakirə edib və düşünürük ki, çox haqlı irad və təkliflərdir. Əgər biz differensiallaşdırılmış əmək haqqı sistemindən danışırıqsa, bu, təkcə sertifikasiya və onun nəticələri ilə ölçülməməlidir. Eyni zamanda, müəllimin şagirdlərinin olimpiada nəticələri, onun özünün müsabiqələrdə, şagirdlərinin buraxılış imtahanlarında nəticələri və sairlə ölçülməlidir. Amma hazırda sertifikasiya nəticələrinə görə əmək haqlarının artırılmasından danışırıqsa, 30-50 bal toplayanların 10 faiz, 51-60 faiz toplayanların isə 35 faiz artırılması doğru və ədalətli bölgü deyil. Biz də Vüqar müəllimin təklifinə qoşulur və düşünürük ki, bu 30-40, 41-50, və 51-60 civarında üç mərhələdən ibarət olmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar